“Stansiya Sumqayıt”da usta hündürmərtəbəli binadan yıxılıb öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Stansiya Sumqayıt”da usta hündürmərtəbəli binadan yıxılıb öldü

15:51 - 18 / 08 / 2020
“Stansiya Sumqayıt”da usta hündürmərtəbəli binadan yıxılıb öldü

Avqustun 18-də saat 14 radələrində rayon ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu “Diadem” MMC tərəfindən rayonun "Stansiya Sumqayıt" adlı yaşayış massivində inşa olunan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən zəruri ekspertizalar təyin olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər