Qubada meşə fonduna ziyan vuran şəxs cəzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada meşə fonduna ziyan vuran şəxs cəzalanıb

09:53 - 18 / 08 / 2020
Qubada meşə fonduna ziyan vuran şəxs cəzalanıb

Quba rayonunun Tülər kəndi ərazisində kömür hazırlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Ramal Bağırov 1news.az-a bildirib ki, kəndin ərazisinə keçirilən baxış zamanı Tülər kənd sakini Yasər Baxışova məxsus həyətyanı torpaq sahəsində qanunsuz yeşik hazırlayan sexin fəaliyyət göstərdiyi və meşə materialından kömür hazırlandığı məlum olub:

“Araşdırma zamanı sexdə qanunsuz yolla əldə olunmuş  işlik meşə materialı, yeşik taxtası, kömür tədarükü məqsədilə hazırlanmış odun və kömür kisələri aşkar edilib. Meşə fonduna7452,65 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu Yasər Baxışov barəsində akt tərtib edilib”.

R.Bağırov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Quba rayon Prokurorluğuna göndərilib.

Qafar Ağayev

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər