BNA: 1 həftə ərzində sərnişin sayı 6 faiz artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA: 1 həftə ərzində sərnişin sayı 6 faiz artıb

14:08 - 19 / 08 / 2020
BNA: 1 həftə ərzində sərnişin sayı 6 faiz artıb

Gündəlik sərnişin axını artmaqdadır. Ötən həftə ilə müqayisədə sərnişin axınında artım müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a verilən məlumata görə, 11 avqust tarixində 1.646.820 arasında dəyişən gündəlik sərnişin səfər sayı 18 avqust tarixində 6% artaraq 1.741.456-a çatıb.

Sərnişin tələbatını qarşılamaq üçün 153-ü müntəzəm, 12-si ekspres xətt olmaqla ümumilikdə sərnişindaşımalarına 2200 avtobus çıxarılıb. Bu da xəttə çıxarılan marşrutlar üzrə maksimal göstərici hesab olunur.

Qafar Ağayev

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər