Özbəkistanın Azərbaycandakı Səfiri: “Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistanın Azərbaycandakı Səfiri: “Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır”

16:35 - 19 / 08 / 2020
Özbəkistanın Azərbaycandakı Səfiri: “Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır”

«Made in Uzbekistan» biznes forumu 25-27 avqust tarixlərində baş tutacaq və tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim edəcək.

İşgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər və digər məhsulların istehsal və ixracı ilə məşğul olan 28 şirkət iştirak edəcək. Özbəkistan şirkətləri arasında “Uztex Group”, "Urganch Baxmal" MMC, “Alliance Textile”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textile Fashion” MMC, “Imron Textile Group”, “Nil Granit” MMC və s. kimi şirkətləri yer tutur. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış ola bilərsiniz: https://b2b-uz-textile.ceo.az/welcome-az

Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Əşrəfxanov: “Bu tədbir artıq Özbəkistan və Azərbaycan sahibkarları üçün pandemiya şəraitində təşkil etdiyimiz ikinci onlayn forumdur. Bu dəfə biz diqqətimizi Özbəkistan iqtisadiyyatının ən perspektivli və inkişaf etmiş sahələrindən birinə - tekstil və tektil məhsullarının istehsalı və ixracına yönəltmişik. Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır. Əminəm ki, onlayn forum ölkələrimiz arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək və tekstil sənayesində ticarətin artmasına kömək edəcəkdir”.

Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribütorları, tikiş müəssisələrinin mütəxəssisləri, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunurlar. Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b-uz-textile.ceo.az/register-as-importer-az.

Biznes forumun proqramına daxildir:

* Plenar iclas - 25 avqust

İclasda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Özbəkistan Respublikasının xarici işlər nazirliyi, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Uztekstilprom” assosiyasiyası, Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı gözlənilir.

* iki günlük intensiv ikitərəfli görüşlər - 26-27 avqust

"Made in Uzbekistan Textile" Online B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası çıxış edirlər. Tədbirə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstək göstərirlər. Təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti təmin edir.

1news.az

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər