Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb

11:18 - 19 / 08 / 2020
Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Qafar Ağayev

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər