Binəqədidə qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Zəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
1news.az
648