“Lotu Quli” Türkiyədə öldürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Lotu Quli” Türkiyədə öldürüldü

09:32 - 20 / 08 / 2020
“Lotu Quli” Türkiyədə öldürüldü

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

1news.az-ın  Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Lotu Quli" Antalyanın Serik rayonunda otelin restoranında birlikdə yemək yediyi şəxs tərəfindən öldürülüb.

Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

N.Səlifovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir. 

Xatırladaq ki, Nadir Səlifov 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

Qafar Ağayev

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər