Koronavirus Azərbaycanda: 162 yeni yoluxan, 2 ölən, 171 sağalan var - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 162 yeni yoluxan, 2 ölən, 171 sağalan var - RƏSMİ

17:04 - 21 / 08 / 2020
Koronavirus Azərbaycanda: 162 yeni yoluxan, 2 ölən, 171 sağalan var - RƏSMİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qafar Ağayev

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər