Yaqut Qarayeva: Yumşalmalara getdikcə koronavirusa yoluxanların sayında artım gözləniləndir | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqut Qarayeva: Yumşalmalara getdikcə koronavirusa yoluxanların sayında artım gözləniləndir

17:18 - 21 / 08 / 2020
Yaqut Qarayeva: Yumşalmalara getdikcə koronavirusa yoluxanların sayında artım gözləniləndir

“Ümumi Respublika üzrə 50 faizə qədər yoluxmalar Bakı şəhəri və Abşeron yarımadasının payına düşür”.

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbayacanda ən çox yoluxmalar 50-59 yaş arası yaş qruplarında görsənir.

“Son həftə 10-16 avqust tarixlərində yoluxmaların sayı 651 nəfər olub”.

“Ümumi olaraq yumşalmaya getməyimiz mərhələli şəkildə davam edir. Yəqin müşahidə edirsiniz ki, yoluxmaların sayında müəyyən qədər artım olur. Biz keçən dəfə də qeyd etdik ki, bəlli bir artmalar yumşalmalara getdikcə gözlənilir” – deyə, Y.Qarayeva fikirlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər