Hal-hazırda vəziyyət nəzarət altındadır - TƏBİB-in şöbə müdirindən açıqlama

“Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Amma bu günki gündə hər hansı bir ciddi sərtləşmə olacaq və ya olmayaq, bununla bağlı qərar verəcək heç bir dəyişikliyimiz yoxdur”.
1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
“Belə bir məsələ olarsa bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Amma bu gün az-az da olsa yoluxanların sayında artmaya meyilliliyi görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə olunacaq, əlbəttə bu doğrudur. Əgər xatırlayırsınızsa may ayında bu zalda bizə çox suallar olurdu ki, əgər yoluxanların sayı artırdısa siz niyə hər yeri açdınız. Bu suallarla yenidən qarşılaşmayaq deyə biz buna çox ehtiyyatla yanaşmalıyıq. Hal-hazırda vəziyyət nəzarət altındadır”.
Qafar Ağayev