Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

13:39 - 22 / 08 / 2020
Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə İlham Əliyev 211.1-ci maddəsilə 15 gün həbs edilib.

Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Əlavə edək ki, İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir. Toyda Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak edib.

S.Xankişiyeva

Paylaş:
1167

Son xəbərlər

Bütün xəbərlər