Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində hədəfləri sərrastlıqla məhv ediblər - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində hədəfləri sərrastlıqla məhv ediblər - FOTO - VİDEO

17:40 - 24 / 08 / 2020
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində hədəfləri sərrastlıqla məhv ediblər - FOTO - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 şərti hədəfi məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

1news.az

Paylaş:
694

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər