Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa verildi – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa verildi – RƏSMİ

11:21 - 25 / 08 / 2020
Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa verildi – RƏSMİ

Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq Baş Prokurorluğa verilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumata münasibət bildirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Qurumdan bildiriblər ki, vəkil Adil İsmayılovun yaydığı məlumat doğrudur:

"Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır".

S.Xankişiyeva

Paylaş:
784

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər