Kontakt Home vaxtında çatdırmadığı hər sifarişə ƏLAVƏ 5% ENDİRİM EDİR – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kontakt Home vaxtında çatdırmadığı hər sifarişə ƏLAVƏ 5% ENDİRİM EDİR – VİDEO

14:30 - 26 / 08 / 2020
Kontakt Home vaxtında çatdırmadığı hər sifarişə ƏLAVƏ 5% ENDİRİM EDİR – VİDEO

Müştəri sevincini özünə şüar seçən Kontakt Home pulsuz, sürətli və təhlükəsiz çatdırılma xidməti ilə onları sevindirməyə davam edir.

Pandemiya şəraitində kontakt.az – onlayn mağazası vasitəsilə müştərilərinə xidmət göstərən şəbəkə sifarişləri tam vaxtında çatdırmağı hədəfləyib. Gün ərzində 10000-dən çox məhsulu ünvanlara çatdıran Kontakt Home bununla özünə meydan oxuyur və vaxtında çatdırılmayan hər sifarişə görə müştərilərə əlavə 5% endirim edir! Bu şərt hətta endirimli məhsullar üçün də keçərlidir. Yəni sifariş olunan məhsul endirimdə olsa belə, çatdırılmada gecikmə baş verərsə, sifarişə mövcud endirimdən əlavə 5% endirim olunacaq.

Qeyd edək ki, Kontakt Home müştərilərin tələbatını qarşılamaq məqsədilə son bir neçə ayda həm Çağrı Mərkəzinə, həm Onlayn Kredit şöbəsinə, həm də Çatdırılma xidmətinə onlarla yeni əməkdaş cəlb edib.

Sifarişlər Bakı, Abşeron, Sumqayıt, Gəncə (Daşkəsən, Şəmkir, Goranboy, Mingəçevir, Samux, Göygöl), Qəbələ (Şəki, Oğuz, Ağdaş, Göyçay, İsmayıllı) və Masallı (Cəlilabad, Yardımlı, Lerik, Lənkəran, Astara) daxilində istənilən ünvana pulsuz çatdırılır.

Sifariş prosesi ilə tanış olmaq üçün aşağıdakı videonu izləyin:

Reklam hüququnda

 

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər