FHN helikopterləri havaya qaldırdı: Xızıda güclü yanğın başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN helikopterləri havaya qaldırdı: Xızıda güclü yanğın başlayıb

14:34 - 27 / 08 / 2020
FHN helikopterləri havaya qaldırdı: Xızıda güclü yanğın başlayıb

Xızı rayonunda yanğın davam edir.

Bu barədə Trend-ə Xızı rayon İcra Hakimiyyətindən bildiriblər. Yanğın rayonun Dizəvər kəndində baş verir. Qeyd olunub ki, həmin ərazi qeyri-yaşayış sahəsidir:

"Yanğının demək olar, çox hissəsinin qarşısı alınıb və tam söndürülməkdə davam edir. Hazırda FHN əməkdaşları ərazidədirlər və o cümlədən kənd nümayəndələri də ora cəlb olunublar. Qonşu rayonlardan da yanğının qarşısını almaq üçün kömək çağırılıb. Hadisə olan ərazi qeyri-yaşayış sahəsidir, yanan hissə kol-kosdur, amma meşəyə yaxın yerdədir".

S.Xankişiyeva

 

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər