Karantin qaydalarını pozan Əməkdar artist bölməyə aparıldı

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
1news.az-ın Axar.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.
Belə ki, Əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.
Müğənni dəfələrlə keçmək üçün cəhd göstərsə də, mümkün olmayıb.
S.Xankişiyeva
667