Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

16:57 - 27 / 08 / 2020
Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq da təhlükəsizlik tədbirləri görüləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

1news.az

Paylaş:
609

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər