Yasamalda yataqxana binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda yataqxana binasında yanğın olub

13:18 - 28 / 08 / 2020
Yasamalda yataqxana binasında yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 80 kv.m olan taxta konstruksiyadan ibarət tikili və içərisindəki ev əşyaları 74 kv.m sahədə, yataqxana binasının birinci mərtəbəsinin dəhlizində dolab 4 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yüksək temperaturdan yataqxana binasının yaşayış olmayan hissəsində birinci və üçüncü mərtəbələr arası pəncərə çərçivələri, ikinci və dördüncü mərtəbələr arası eyvanların taxta üzlükləri qarsalanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qafar Ağayev

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər