Gömrükçülər yük avtomobillərində qanunsuz yolla gətirilən siqaret aşkarladı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz Actros" və 3 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
1news.az
768