Bu gün ingilis dili müəllimi olmaq istəyən 3363 namizəd imtahan verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün ingilis dili müəllimi olmaq istəyən 3363 namizəd imtahan verir

09:27 - 28 / 08 / 2020
Bu gün ingilis dili müəllimi olmaq istəyən 3363 namizəd imtahan verir

İngilis dili müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, imtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Qafar Ağayev

Paylaş:
546

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər