Şəkidə həyətdə qanunsuz silah aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə həyətdə qanunsuz silah aşkarlandı

11:32 - 28 / 08 / 2020
Şəkidə həyətdə qanunsuz silah aşkarlandı

Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən bir ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
912

Son xəbərlər

Bütün xəbərlər