AZAL-ın xüsusi reyslərinə yalnız bu sərnişinlər buraxılacaq - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın xüsusi reyslərinə yalnız bu sərnişinlər buraxılacaq - SİYAHI

11:56 - 28 / 08 / 2020
AZAL-ın xüsusi reyslərinə yalnız bu sərnişinlər buraxılacaq - SİYAHI

Pandemiya səbəbilə Azərbaycan Hava Yolları xüsusi uçuşlarını davam etdirir.

1news.az xəbər verir ki, qaydalara görə, AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

1news.az

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər