Bəzi şəhər və rayonlar sərt karantin rejimi zonasından çıxarılır - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi şəhər və rayonlar sərt karantin rejimi zonasından çıxarılır - SİYAHI

10:32 - 29 / 08 / 2020
Bəzi şəhər və rayonlar sərt karantin rejimi zonasından çıxarılır - SİYAHI

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

1news.az-ın məlumatına görə, həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir.

Qafar Ağayev

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər