Repetitor xidmətinin fəaliyyətinə icazə verilir - Şərtlər

“Sentyabr ayının 1-dən etibarən repetitor xidmətinin fəaliyyətinə icazə veriləcək”
1news.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib:
“10 nəfərlik qrupları aşmayaraq və xüsusi karantin rejimin tələblərinə riayət etməklə fəaliyyət göstərə biləcəklər. Buraya fərdi təhsil və repetitor xidmətləri daxildir”.
Qafar Ağayev
1029