Hikmət Hacıyev: Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

11:17 - 29 / 08 / 2020
Hikmət Hacıyev: Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

"Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". 

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

"Virusla bağlı vəziyyət sabitləşib və yoluxmalar azalıb. Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub".

Qafar Ağayev

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər