Operativ Qərargah: Sentyabrın 15-nə qədər ictimai nəqliyyatla əlaqədar araşdırma aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Operativ Qərargah: Sentyabrın 15-nə qədər ictimai nəqliyyatla əlaqədar araşdırma aparılacaq

11:32 - 29 / 08 / 2020
Operativ Qərargah: Sentyabrın 15-nə qədər ictimai nəqliyyatla əlaqədar araşdırma aparılacaq

“İctimai nəqliyyatın həftə sonlarında fəaliyyəti diqqət mərkəzindədir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Metronun fəaliyyətinin açılması ilə bağlı danışan H.Hacıyev deyib ki, metro ilə əlaqədar həm ölkəmizin ekspertlərinin və beynəlxalq təcrübədə potensial risk amillərinin olduğunu deməyə əsas verir. Bu da metronun ventilyasiya sistemi və qapalı olması ilə bağlı məsələlərdir. Metronun açılması ilə bağlı bir qədər əlavə işləmələrin və tədbirlərin müzakirə olunmasını özündə ehtiva edir. Amma yenə də sentyabr ayının 15-nə qədər mövzular əhatəli şəkildə araşdırılacaq və tendensiyalara uyğun olaraq, ictimai nəqliyyatla əlaqədar başqa qərarların qəbul edilməsi də istisna deyil”.

Qafar Ağayev

Paylaş:
749

Son xəbərlər

Bütün xəbərlər