Prezidentin köməkçisi: “Atamla sonuncu dəfə mart ayının 13-də görüşmüşəm”

“Biz də çox istərdik ki, rayonlara gediş-gəliş açılsın, ancaq çox təəssüf ki, bu gün bu şad xəbəri çatdırmaq iqtidarında deyilik”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, bu gün hər kəs rayonlara gediş-gəlişin açılmasını istəyir:
“Mənin atam Gəncə şəhərində yaşayır və mən öz atamla sonuncu dəfə mart ayının 13-də görüşmüşəm. Mən də istərdim ki, rayonlara gediş-gəliş olsun. Ancaq çox təəssüf ki, hazırki vəziyyətdə bu xəbəri çatdırmaq iqtidarında deyilik. Rayonlara gediş-gəlişin bağlı qalması vətəndaşlarımızın təhlükəsizliyi üçün vacibdir”.
Qafar Ağayev