Akif Qurbanov: “Elə hesab olunanmamalıdır ki, tədris adi qaydada davam etdiriləcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Akif Qurbanov: “Elə hesab olunanmamalıdır ki, tədris adi qaydada davam etdiriləcək”

11:56 - 29 / 08 / 2020
Akif Qurbanov: “Elə hesab olunanmamalıdır ki, tədris adi qaydada davam etdiriləcək”

"Tədrisin bərpası ilə bağlı xüsusi qərar veriləcək".

1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, tədris başlasa da sıxlıq maksimum azalacaq. Yuxarı siniflər dərslərini onlayn qaydada davam etdirəcək. Epidemioloji vəziyyət bizə imkan verənə qədər onlayn dərslər davam edəcək. Tədrisin bərpası ilə bağlı xüsusi qərar veriləcək.

"Mühazirələr onlayn qaydada aparılacaq. Elə hesab olunanmamalıdır ki, senytabrdın 15-dən tədris adi qaydada davam etdiriləcək".

Qafar Ağayev

Paylaş:
1150

Son xəbərlər

Bütün xəbərlər