İri ticarət mərkəzləri nə zaman açılacaq? - Operativ Qərargahdan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

İri ticarət mərkəzləri nə zaman açılacaq? - Operativ Qərargahdan açıqlama

12:11 - 29 / 08 / 2020
İri ticarət mərkəzləri nə zaman açılacaq? - Operativ Qərargahdan açıqlama

“İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur”.

1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, gələcəkdə bu məsələyə baxılması istisna deyil: “Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək”.

Qafar Ağayev

Paylaş:
972

Son xəbərlər

Bütün xəbərlər