Hikmət Hacıyev: Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir

12:44 - 29 / 08 / 2020
Hikmət Hacıyev: Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir

"Almaniyanın “Lufthansa” aviaşirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət olunub".

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu şirkətlə danışıqlar davam etdirilir: “Digər aviaşirkətlərdən də ölkəmizə müraciətlər daxil olur. Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir”. 

Qafar Ağayev

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər