Bu rayonlar sərt karantin rejimi zonasından çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu rayonlar sərt karantin rejimi zonasından çıxarıldı

09:26 - 31 / 08 / 2020
Bu rayonlar sərt karantin rejimi zonasından çıxarıldı

Məlum olduğu kimi, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

1news.az xəbər verir ki, həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılıb.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər