Magistraturanın boş qalan yerlərinə ərizəsini təsdiq edən bakalavrların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturanın boş qalan yerlərinə ərizəsini təsdiq edən bakalavrların sayı açıqlanıb

11:06 - 31 / 08 / 2020
Magistraturanın boş qalan yerlərinə ərizəsini təsdiq edən bakalavrların sayı açıqlanıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, bu gün saat 11:00-a qədər boş qalan plan yerləri üçün ərizəsini təsdiq edən bakalavrların sayı 1968 nəfərdir. Onlardan 1901-i Azərbaycan, 67-i rus bölməsindən olan şəxslərdir. 

Bakalavrlar saat 23:59-da boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər.

Qeyd edək ki, magistratura pilləsi üzrə boş qalan plan yerlərinin sayı 1683-dür. Onlardan 128 yer dövlət sifarişlidir.

Qafar Ağayev

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər