Pirallahının dəyişimi: Qədim Bakı adası yeni turizm mərkəzinə çevrilir – FOTO –VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahının dəyişimi: Qədim Bakı adası yeni turizm mərkəzinə çevrilir – FOTO –VİDEO

12:24 - 02 / 09 / 2020
Pirallahının dəyişimi: Qədim Bakı adası yeni turizm mərkəzinə çevrilir – FOTO –VİDEO

Qədim Bakı adası Pirallahı – Abşeron yarımadasının az tanınan xəzinəsidir.

Eyni zamanda, hər tərəfdən Xəzər dənizi ilə əhatə olunmuş və yalnız gözəl müasir körpü ilə torpaqla əlaqəli Azərbaycanın quru ərazilərindən biridir. Balıqçıların, neftçilərin və zəhmətkeş sakinlərin diyarı – Bakının cəmi 60 kilometrliyində yerləşən Pirallahı, buna baxmayaraq az tanınır və az ziyarət olunur.

Bu, qismən adadakı sərt hava ilə izah edilə bilər – ancaq davamlı güclü küləklər və coşğun dəniz, payız və qış fırtınaları zamanı sahilləri dalğalarla bürüyərək, eyni zamanda sakinləri üçün  bənzərsiz ab-hava və Pirallahı ruhu yaradır. Bura xeyirxah insanların yaşadığı sərt və eyni zamanda gözəl bölgədir.

Oraya getmək o qədər də asan deyil – Pirallahıdan Bakının mərkəzinə və geri qayıtmaq üçün avtobusla bir qədər zaman və pul tələb edir. Bütün bu çətinliklər adadan və onu materiklə birləşdirən körpüdən gözəl mənzərələr, Xəzər dənizindən əsən külək və sahil boyu sakit gəzinti ilə əvəz olunur.

Pirallahı – ərazisi 17.56 kvadrat kilometr olan kiçik adadır. Adanın adı qədim dövrlərdə burada ibadət və ziyarət yeri olduğu üçün hərfi mənada “Allahın ziyarətgahı” deməkdir. 1936-cı ildə ada və qəsəbə inqilabçı Artyomun şərəfinə Artyom adası adlandırıldı, lakin 90-cı illərdə tarixi adı geri qaytarıldı.

1950-ci illərin əvvəllərindən bu yaxınlara qədər Pirallahı materiklə bənd vasitəsilə əlaqələndirilirdi və beləliklə adadan yarımadaya çevrildi. Ancaq 2017-ci ildə bənd əvəzinə gözəl körpü açıldı, beləliklə Pirallahı yenidən tam hüquqlu adaya çevrildi.

Burada tarix təkrarladı – axı XII əsrdə Pirallahı ada deyil, yarımada idi. Çünki Xəzərdəki suyun səviyyəsi xeyli aşağı idi. Ancaq 1306-cı ildə baş verən güclü zəlzələdən sonra Xəzər dənizindəki səviyyə təxminən 20 m qalxdı və nəticədə çoxsaylı buxtalar əmələ gəldi və yarımada adaya çevrildi.

1942-ci ildə - Qafqaz uğrunda döyüşlər zamanı faşist uzaqmənzilli “Yunkers” Yu-88 kəşfiyyatçıları tərəfindən havadan bir neçə dəfə çəkildiyi fotolar adanın neft əhəmiyyətini sübut edir. Ümumiyyətlə, bu, Azərbaycanda neft hasilatı üçün ilk yerlərdən biridir. XIX əsrdə ada iki ayrı sahəyə bölündü: biri yaşayış yeri, digəri isə neft çıxarılırdı. 1939-cu ildə adanın diqqət çəkən sənədli görüntüləri var ki, burada boş ərazilər, eyni zamanda neft istehsalı üçün əhəmiyyətli olduğunu göstərir.

Bundan əlavə, adanı təbii və tarixi üstünlükləri özündə birləşdirərək Abşeronun yeni turizm mərkəzinə çevirməklə bağlı böyük planlar var.

Xüsusilə Pirallahı Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, Rusiyada və Türkiyə investorlar adada inşa edilən yeni “Nərəkənd” turizm kompleksinin tikintisində iştirak edirlər.

“Nərəkənd” kompleksinin ümumi sahəsi 50 hektardan çoxdur. Hazırda 23 hektar ərazidə tikinti işləri aparılır. Çimərlik ərazisində artıq bir çox işlər başa çatdırılıb – xüsusən də sahilin təxminən dörd kilometri möhkəmləndirilib, dəniz sahəsi tullantılardan və metal konstruksiyalardan təmizlənib və yol infrastrukturu yaradılıb.

Geodeziya və topoqrafik işlər aparılır, kommunikasiyalar planlaşdırılır və son mərhələdə - bir və üç mərtəbəli kotteclər, üç və dörd mərtəbəli yaşayış binaları tikiləcək. Bundan əlavə, uşaq əyləncə mərkəzləri, idman meydançaları və yaşıllıq ərazilər, kafe və restoranlar, qapalı və açıq hovuzlar yaradılacaq”.

“Nərəkənd” – adanın giriş istiqamətində yerləşən parkdır. Bəndin kənarında çox mənzərəli və təbii görünür. Dəniz mövzusunda kiçik memarlıq formaları ilə əhatələnmiş, sanki şəhərin səs-küyünə ara verməyə çağırır. İstirahət zonası körpünün, dənizin, Gürgan kəndinin və məşhur mayakın gözəl panoraması açılır.

Adanın əhalisi 17.281 nəfərdir, son illərdə Azərbaycanın müxtəlif bölgələrindən gələnlərin sayəsində çox artıb. Bakının mərkəzi ilə əsas əlaqə 150 ​​saylı avtobusdur ki, “Koroğlu” metro stansiyasına bir saatdan bir az çox vaxt aparır. Adada aktiv yaşyış-tikinti işləri aparılır. Həmçinin yerli İcra Hakimiyyəti hesabına çox sayda ağaclar əkilib.

Ada haqqında yeni turizm layihəsini şərh edən Bakı haqqında bir çox kitabların müəllifi, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev 1news.az-a açıqlamasında bunun çox gözəl olduğunu və Pirallahını dəyişdirəcəyini söylədi.

“Burada gözəl ekologiya, gözəl sahil ərazisi, qədim mayak və dəniz mənzərələri var. Pirallahı, Nargin, Çilov adalarını rahatlıqla turizm zonalarına çevirmək ideyası möhtəşəmdir.

Ümumiyyətlə vurğulamaq istəyirəm ki, uzun müddət Xəzər rayonundan Milli Məclisin deputatı olmuş hörmətli Mehriban  xanım Əliyevanın diqqəti sayəsində Abşeronun bu hissəsi dəyişdi, daha da gözəlləşdi, möhtəşəm yollar salındı, Zirədə gözəl bir məscid quruldu.

Bu yaxınlarda Pirallahıda oldum, orada ötən əsrin 20-30-cu illərdə tikilmiş Stalin memarlıq nümunələri var, indi İcra Hakimiyyətinin binası olan gözəl Zəhmətkeşlər Sarayı var. Layihəni qiymətləndirərək deyə bilərəm ki, əla tərtibi var. Tətil qiymətlərinin yalnız əcnəbilər üçün deyil, məsələn,  bağ evi olmayan və Xəzər sahilində dincəlmək istəyən Bakı sakinləri üçün də əlverişli olmasını istərdim”.

Burada xatırlamaq yerinə düşər ki, Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək 22 km uzunluğunda bir yol inşa etməyi planlaşdırır. Bu layihə Pirallahı Külək Parkının inşası çərçivəsində həyata keçirilə bilər. Beləliklə, burada bir adada dünyanın başqa heç bir yerində tapa bilməyəcəyiniz neft və qaz, alternativ enerji və turizm sahələrinin harmonik ahəngini görə bilərik.

Pirallahı – Xəzər dəniz, Xəzri və Gilavarın simlərində çaldığı bənzərsiz təbii mühitdir. İldə 150 ​​gün burada güclü şimal küləyi əsir!

Buranın gözəlliyi cəlbedicidir və adanın sıx olmayan çimərlikləri və təbii gözəlliyi insanları çağırır. Beləliklə, köhnə ada asanlıqla Abşeronun ən böyük müasir çimərlik və turizm mərkəzinə çevrilə bilər.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
9303

Son xəbərlər

Bakıda Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilibBu gün, 17:45Dini Komitənin sədri Şirvanda vətəndaşları qəbul edibBu gün, 17:42Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşübBu gün, 17:36Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:34Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:17Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 17:14İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 16:51RİNN və AİB Bakı metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcəkBu gün, 16:33Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılırBu gün, 16:25Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”Bu gün, 16:10Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİBBu gün, 16:03Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilibBu gün, 15:50Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşübBu gün, 15:48İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:39Dövlət başçısı Nepal Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 14:25Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildiBu gün, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTOBu gün, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTOBu gün, 13:45Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:35
Bütün xəbərlər