Sumqayıtlı gəncdən nümunəvi addım: yığdığı pulu sığınacağa bağışladı - VİDEO

Sumqayıt Şəhər sakini olan gənc oğlan topladığı vəsaiti Qadın və Uşaq Sığınacağına bağışlayıb.
1news.az xəbər verir ki, bu barədə sözügedən sığınacağın Facebook səhifəsində bildirilib. Qeyd olunub ki, həmin vəsaitlə sığınacaqdakı bir uşaq üçün ayaqqabı və çanta alınacaq.
Gəncin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rığbətlə qarşılanıb. Onlar həmin gəncin ünvanına tərif dolu sözlər deyiblər.
Məlumata görə, həmin gənc Sumqayıtda bazarın yanında kiçik piştaxtanın üstündə telefon aksesuarları satır.
Onu da bildirək ki, həmin gənc şəhid generalımız Polad Həşimovun dəfn mərasimində bacısı onun haqqında “şəhid kasıbın şəhididir” sözünü deyəndə ön cərgədə durmuşdu və əl çalaraq ağlayırdı.
Adı açıqlanmayan böyük ürəkli gəncimizlə (070) 202-50-60 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
1news.az