Azərbaycanda bu institutun tələbələrinə pulsuz yemək və geyim veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu institutun tələbələrinə pulsuz yemək və geyim veriləcək

16:14 - 04 / 09 / 2020
Azərbaycanda bu institutun tələbələrinə pulsuz yemək və geyim veriləcək

Nazirlər Kabineti Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarını təsdiq edib.

1news.az-a məlumatına görə, bu normalara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində müəyyən edilib.

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Bu vəsait Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər