Azərbaycanda koronavirus: Sağalanların sayı yoluxanları üstələdi - RƏQƏMLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: Sağalanların sayı yoluxanları üstələdi - RƏQƏMLƏR

17:52 - 04 / 09 / 2020
Azərbaycanda koronavirus: Sağalanların sayı yoluxanları üstələdi - RƏQƏMLƏR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.

Qafar Ağayev

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər