Göyçayda çayxanada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda çayxanada yanğın olub

09:17 - 04 / 09 / 2020
Göyçayda çayxanada yanğın olub

Göyçay rayonunun Bəydövül kəndində ümumi sahəsi 120 m2 olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər