Artıq Umico tərəfdaşı olmayan mağazalardan da sevdiyiniz məhsulları aldıqda Umico bonusları ilə keşbek qazanmaq mümkündür - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Artıq Umico tərəfdaşı olmayan mağazalardan da sevdiyiniz məhsulları aldıqda Umico bonusları ilə keşbek qazanmaq mümkündür - VİDEO

09:43 - 04 / 09 / 2020
Artıq Umico tərəfdaşı olmayan mağazalardan da sevdiyiniz məhsulları aldıqda Umico bonusları ilə keşbek qazanmaq mümkündür - VİDEO

Artıq Umico tərəfdaşı olmayan mağazalardan da sevdiyiniz məhsulları aldıqda Umico bonusları ilə keşbek qazanmaq mümkündür.

Bildiyiniz kimi, Umico - Azərbaycanın popular bir bonus keşbek sistemidir. Tətbiqi yükləyib qeydiyyatdan keçməklə, Umico-nun tərəfdaşı olan mağazalardan alış-veriş edən zaman siz bonuslarla keşbek qazanırsınız. Umico-nun 1000-dən çox tərəfdaşı var. Bu da çoxlu bonus deməkdir. Lakin qısa zaman öncə Umico yeni bir funksiya elan etdi ki sadəcə mağazalardan deyil həm də istehsalçıdan keşbek qazanmaq olurdu. Misalçün əgər siz Bravo, Grandmart, Happy market və ya Army market mağazalarından təyin olunmuş xüsusi məhsulları alsanız həm mağazalarının özündən, həm də brendlərdən keşbek qazana bilirdiniz. Bütün bu proseslər çox sadə və avtomatik şəkildə kassada Umico kartını və ya tətbiqi göstərməklə həyata keçirdi.

Umico bununla kifayətlənmir və qazandırmağa davam edir. İndi Umico tərəfdaşlar siyahısında olmayan mağazalardan belə müəyyən məhsulları alan zaman brenddən Umico bonusları ilə keşbek qazanmaq mümkündür. Bunun üçün əsas şərt QR kod ilə qəbz təqdim edən mağazadan alış veriş etmək və qəbzin şəklini Umico tətbiqinə yükləmək lazımdır. Hansı brendlərin qəbzin şəkli ilə keşbek qazandırdığını isə Umico tətbiqinin “Brendlər” bölməsindən öyrənə bilərsiniz. Orada hər brendin öz səhifəsi var, brendin səhifəsinə daxil olduqda “Keşbek qəbzin şəkli əsasında mövcuddur” yazısı qeyd olunursa, deməli həmin brendi Umico tərəfdaşı olmayan, lakin QR kod ilə qəbz təqdim edən mağazalardan alaraq, qəbzin şəklini Umico tətbiqinə yükləyib keşbek qazana bilərsiniz. Və ya “Brendlər” səhifəsinin yuxarı sağ küncündə olan filter bölməsində, “Qəbzin şəkli əsasında keşbek” filterini aktivləşdirməklə, ancaq bu funksiyanı təklif edən brendlərin siyahısını görə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, alış-veriş etdiyiniz andan 3 saat ərzində, QR kod olan qəbzin şəklini çəkib Umico tətbiqinə yükləmək lazımdır. 3 saatdan sonra qəbz etibarlı sayılmır və keşbek qazanmağınız mümkün olmayacaqdır. Keşbek qazanmaq üçün tətbiqin yuxarı küncündə yerləşən QR kod skan düyməsinə vurub, əvvəlcə qəbzin QR kodunu skan etməli sonra isə qəbzin şəklini çəkib onu tətbiqə yükləməlisiniz. Qəbzin şəklini çəkərkən orda yazılan bütün məhsulların aydın görünməsini təmin edin. Əgər sizin tətbiqdə QR kod skan düyməsi yoxdursa tətbiqinizi Apple Store və ya Google Play-dən yeniləməyiniz lazımdır. Siz qəbzin şəklini göndərdikdən sonra Umico əməkdaşları onu yoxlayırlar və adətən gün ərzində bonuslar hesabınıza oturur.

Qəbzin şəkli ilə keşbek qazanmaq funksiyası sadəcə Umico tərəfdaşı olmayan mağazalara aiddir. Tərəfdaş olan Bravo, Grandmart və digər tərəfdaş olan mağazalarında isə qəbzin şəklini tətbiqə yükləmək lazım deyil, çünki kassada tətbiqi və ya kartı göstərməklə həm mağazadan həm də brendlərdən əlavə keşbek qazana bilirsiniz.

İndiki zamanda daha ağıllı alış-veriş etmək və daha çox qazanmaq mümkündür. Bunun üçün belə funksiyaları daha yaxşı öyrənin və alış-veriş etdikdən sonra keşbek qazanmağı unutmayın.

Reklam hüququnda

Paylaş:
1899

Son xəbərlər

Bütün xəbərlər