Üç gündür itkin düşmüş Yusifin meyiti tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç gündür itkin düşmüş Yusifin meyiti tapıldı – FOTO

15:18 - 05 / 09 / 2020
Üç gündür itkin düşmüş Yusifin meyiti tapıldı – FOTO

Sentyabrın 2-də Sumqayıtda itkin düşən uşağın meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, 10 yaşlı Yusif Davudovun meyiti bu gün Ceyranbatan su anbarından tapılıb.

Qeyd edək ki, sentyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

S.Xankişiyeva

 

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər