Bu günün statistikası: 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb

16:44 - 05 / 09 / 2020
Bu günün statistikası: 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2 082 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 179, ötən müddət ərzində isə ümumilikdə 956 492 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər