TƏBİB-dən koronavirusla bağlı nikbin açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-dən koronavirusla bağlı nikbin açıqlama

15:42 - 07 / 09 / 2020
TƏBİB-dən koronavirusla bağlı nikbin açıqlama

Azərbaycanda koronavirusa görə itkilərin sayı çox-çox az olub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu TƏBİB-in İşçi qrupunun rəhbəri Vasif Əliyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda pandemiya ilə əlaqədar ölkədə kifayət qədər çarpayı fondu var:

"Ötən müddətdə peşəkar həkim kollektivimiz formalaşdı. Bütün bunlar kompleks işlərdir və bir-biri ilə bağlıdır. Dövlət tərəfindən laborator binaların və orada xidmətin təşkili, xəstəxanalarda müayinə-müalicə xidmətinin təşkili, kadr çatışmazlığının həlli - bütün bu qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan dövləti, səhiyyəsi xalqa lazımi tibbi xidməti göstərdi və bu xidmətin göstərilməsini davam etdirir”.

S.Xankişiyeva

 

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər