Bu günə olan COVİD-19 statistikası: 89 yoluxan, 132 sağalan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günə olan COVİD-19 statistikası: 89 yoluxan, 132 sağalan var

17:02 - 07 / 09 / 2020
Bu günə olan COVİD-19 statistikası: 89 yoluxan, 132 sağalan var

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 936, ötən müddət ərzində isə ümumilikdə 967 040 test aparılıb.

Qafar Ağayev

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər