Məktəbəqədər təhsil müəssisələri ilə bağlı qərar DƏYİŞDİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəqədər təhsil müəssisələri ilə bağlı qərar DƏYİŞDİ

13:11 - 09 / 09 / 2020
Məktəbəqədər təhsil müəssisələri ilə bağlı qərar DƏYİŞDİ

"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliyə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində - təhsil oktyabrın 1-dən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində isə sentyabrın 15-dən başlayacaq.

Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər