Bakıdakı gözəllik salonunda qarət anının VİDEOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdakı gözəllik salonunda qarət anının VİDEOSU

17:14 - 09 / 09 / 2020
Bakıdakı gözəllik salonunda qarət anının VİDEOSU

Bakıdakı gözəllik salonlarından birində qeydə alınan oğurluq hadisəsinin görüntüsü yayılıb.

1news.az bildirir ki, azxeber.com-a göndərilən görüntülər iki müxtəlif gözəllik salonunun təhlükəsizlik kameralarının lentə aldığı kadrlardır.

Görüntülərdən də göründüyü kimi, müştəri kimi salonlara daxil olan qadın digər müştərilərin çantalarının olduğu yerə yaxınlaşır. Ətrafdakıların nəzərinin üzərində olmadığını görəndən sonra isə öz əməlini davam etdirir və vətəndaşların pul kisələrini oğurlayır.

Məlumata görə, sözgüdən qadın hazırda müxtəlif rayonların ərazilərində olan gözəllik salonlarında oğurluq hadisələri törədib.

Həmin görüntüləri təqdim edirik.

1news.az

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər