Azərbaycanda koronavirus: 142 yeni yoluxan, 150 sağalan, 1 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 142 yeni yoluxan, 150 sağalan, 1 ölən var

16:04 - 10 / 09 / 2020
Azərbaycanda koronavirus: 142 yeni yoluxan, 150 sağalan, 1 ölən var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7290, bu günə qədər isə ümumilikdə 988268 test icra olunub.

Qafar Ağayev

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər