Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə sentyabrın pensiyaları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə sentyabrın pensiyaları ödənilib

10:23 - 10 / 09 / 2020
Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə sentyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə sentyabr ayı üçün nəzərdə tutulan pensiyalar artıq ödənilib.

Bunu 1news.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb:

“Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər. Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyalarının isə sentyabrın 15-də ödənilməsi nəzərdə tutulub”.

S.Xankişiyeva

 

 

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər