“Qarabağ saatı” verilişi yayıma başladı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ saatı” verilişi yayıma başladı - VİDEO

12:07 - 10 / 09 / 2020
“Qarabağ saatı” verilişi yayıma başladı - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni TV layihələri həyata keçirir. 

Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, bu qəbildən olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı yayımlanıb və veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılmasına həsr olunub.

Verilişdə xaricdə yaşayan azərbaycanlı gənclərin sualları cavabıandırılıb. Diaspor TV-də, Dövlət Komitəsinin sosial media resurslarında və “Qarabağ Azərbaycandır” milli platformasının youtube kanalında yayaımlanan proqram Prezident yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmaları Mərkəzi ilə birgə hazırlanır. Tarixi fakt və sənədlərlə zəngin olan “Qarabağ saatı” verilişini siyasi elmlər doktoru, professor Elçin Əhmədov təqdim edir.

Qafar Ağayev

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər