Məleykə Abbaszadədən olimpiada qaliblərinə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadədən olimpiada qaliblərinə MÜRACİƏT

13:23 - 11 / 09 / 2020
Məleykə Abbaszadədən olimpiada qaliblərinə MÜRACİƏT

Bu il III ixtisas qrupuna sənəd verən abituriyentlər arasında ali məktəbə müsabiqədənkənar qəbul imkanı olan 11 nəfər respublika fənn olimpiada qalibi var.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin qaliblərin heç biri hələlik müsabiqədənkənar qəbul üçün müraciət etməyib: “Biz məsləhət görərdik ki, olimpiada qalibləri tez bir zamanda müraciət etsinlər. Çünki müraciət vaxtı bitən kimi biz ali məktəblərdə tələbə yerləşdirməsinə başlayacağıq. O zaman isə artıq gec ola bilər”.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər