Sabah Bakı küçələri dezinfeksiya olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakı küçələri dezinfeksiya olunacaq

10:37 - 11 / 09 / 2020
Sabah Bakı küçələri dezinfeksiya olunacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, sentyabr ayının 12-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

1news.az

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər