Bakıda mikroavtobus yük maşınına çırpıldı: ölən və yaralananlar var - VİDEO

Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az oxu.az-a istinadən bildirir ki, hadisə Bakı-Salyan şosesinin Qobustan qəsəbəsindən keçən hissəsində baş verib.
Qəza zamanı 99-XF-890 dövlət nömrə nişanlı "Mercedes Vita" markalı avtomobil TIR-a çırpılıb.
Hüquq-mühafizə orqanlarından oxu.az-a bildirilib ki, hadisə nəticəsində şəxsiyyəti məlum olmayan bir nəfər ölüb, beş nəfər xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onlardan biri Respublika Kliniki Xəstəxanasına, bir nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, üç nəfər isə 3 saylı Sabunçu Klinik Xəstəxanasına çatdırılıb.
1news.az
836